Icma.az bildirir, Fanat portalına istinadən. Londonun "Çelsi" klubu hücum xəttini dünya səviyyəli ulduzla gücləndirmək üçün genişmiqyaslı iş
Fanat.Az xəbər verir ki, "zadəganlar" hazırda İspaniyanın "Atletiko Madrid" klubunda çıxış edən Xulian Alvaresin transferində israrlıdır.
"Indykaila" nəşrinin yaydığı məlumata görə, 25 yaşlı argentinalı hücumçu yenidən Premyer Liqaya qayıtmaq ideyasına olduqca müsbət yanaşır.
London təmsilçisinin bu keçid üçün qarşı tərəfə təqdim etməyi planlaşdırdığı ilk rəsmi təklifin 100 milyon avro civarında olduğu bildirilir.
Cari mövsümdə "Atletiko Madrid" forması ilə 27 rəsmi matçda meydana çıxan ulduz, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Argentinalı futbolçunun transferi reallaşarsa, bu, klub tarixinin ən bahalı keçidlərindən biri kimi qeydə alınacaq.
Kamil Xudiyev Abunə Ol Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.