Xulio İqlesias barəsində araşdırma başladı

19.11.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

İspaniyada məşhur müğənni Xulio İqlesiasla bağlı iki qadının irəli sürdüyü cinsi zorakılıq və fiziki təzyiq iddiaları üzrə araşdırmaya başlanılıb.

Kulis.az xəbər verir ki, iddiaları səsləndirən qadınlar əvvəllər müğənninin Karib hövzəsində yerləşən mülklərində çalışıblar.

Onlar işlədikləri müddətdə zorakılığa və alçaldıcı rəftara məruz qaldıqlarını bildirirlər.

İqlesias isə ittihamları rədd edir. İşin hüquqi tərəfi də mürəkkəbdir: əvvəlki mərhələdə İspaniya prokurorluğu hadisələrin ölkə xaricində baş verməsi səbəbindən yurisdiksiya məsələsini gündəmə gətirmişdi.

Yeni araşdırma bu iddiaların hüquqi baxımdan yenidən qiymətləndirilməsi deməkdir. Hələlik söhbət məhkəmə tərəfindən təsdiqlənmiş cinayətdən deyil, araşdırılan ittihamlardan gedir.

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi "Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью