Xulio İqlesiasa qarşı ittihamlar İspaniyada araşdırılmayacaq

25.01.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniya prokurorluğu əfsanəvi müğənni Xulio İqlesiasa qarşı iki keçmiş əməkdaşının irəli sürdüyü seksual xarakterli təzyiq və istismar ittihamları üzrə cinayət işinə baxılmasını dayandırıb.

Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

İspaniyanın Milli Məhkəmə Palatası yanında prokurorluğun açıqlamasında bildirilir ki, aparılan ilkin araşdırma İspaniya məhkəmələrinin bu faktlara baxmaq üçün yurisdiksiyaya malik olmadığı qənaətinə gəlinməsi səbəbilə dayandırılıb.

Məlumata görə, iddia edilən hadisələr İspaniyada deyil, müğənninin Dominikan Respublikası və Baham adalarında yerləşən şəxsi villalarında baş verib. Prokurorlar qeyd ediblər ki, şikayətçi qadınlar Dominikan Respublikası və ya Baham adalarının məhkəmələrinə müraciət edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью