Xuliqan maral

04.11.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

ABŞ-də yaşanmış olay sosial şəbəkə istifadəçiləri arasında böyük maraqla qarşılanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Şimali Karolina ştatında bir maralın törətdiyi "cinayət"dən gedir.

Belə ki, ürkmüş vəziyyətdə pəncərəni qıraraq camaxırxanaya soxulan maral orada əməlli-başlı vandallıq edib. Avadanlıqları, vitrinləri sındıran, pal-paltarları korlayan heyvan az sonra girdiyi yerdən də camaşırxananı tərk edib. Bu zaman işçilər xəsarət almasınlar deyə, gizlənməyə məcbur olublar. 

Qeyd edək ki, camaşırxanaya soxulana kimi maral yaxınlıqdakı dayanacaqda bir qadına da çırpılıb. Məhz bu üzdən onun ürkdüyü güman edilir. Qadına gəldikdə isə, yüngül xəsarətlər alan zavallı xeyli qorxsa da, maraldan "şikayətçi" olmayıb.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью