Xumar Qədimova Türkiyədə trendə çevrildi VİDEO

12.03.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əməkdar artist Xumar Qədimova bu dəfə Türkiyədə gündəm yaradıb.

"Cebheinfo.az" xəbər verir ki, sənətçinin illər əvvəl oxuduğu “Ağla” mahnısı Türkiyədə "TikTok"da trend olub. Qısa zamanda mahnıya minlərlə video çəkilib.

Türkiyədə "TikTok" gündəmini zəbt edən mahnını Qədimova “Əqrəb” ləqəbi ilə tanınan bacısı Matanla duet şəklində səsləndirib.

Mahnıya çəkilən vieolara isə təriflər yazılıb. İzləyicilər “TikTok"un yeni trendi bu mahnı oldu",  "Əfsanə ifadır”, “Möhtəşəmsiniz. Çox gözəl ifadır” kimi şərhlər yazıblar.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью