Icma.az bildirir, Axsham.az portalına istinadən.
Hər layihəsi ilə seçilən və təqdim etdiyi işlərə xüsusi yanaşması ilə diqqət çəkən Əməkdar artist Xumar Qədimova “Sevgi mənəm” adlı yeni mahnısını və klipini təqdim edib.
Axşam.az xəbər verir ki, Zəlimxan Yaqubun könüllərə toxunan misralarına Xumar Qədimova bəstəsi ilə yeni nəfəs verib. Natiq Novruzovun rejissorluğu ilə ərsəyə gələn klip Bakının məkanlarından birində lentə alınıb. Gül-çiçək içində çəkilən, rəngarəng görüntüləri ilə seçilən ekran işi mahnının romantik ovqatını tamamlayıb.
“Gül sənin nəyinə gərək, gülüm? Öpən dodağı yox, oxşayan əli… Gəl, güldə, çiçəkdə özümüz olaq. Sən bir az ağıllı, mən bir az dəli…” misralarının yer aldığı mahnıya Xumar Qədimova özünəməxsus ifası və duyğulu təqdimatı ilə xüsusi rəng qatıb.
Xumar Qədimovanın stili üzərində Azazello və Pərviz Mirzəyevə çalışıb. İfaçının makiyaj və saç düzümü isə Pərviz Mirzəyevə məxsusdur.