Xumar Qədimovanın müzakirə yaradan Videosu

28.09.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Xumar Qədimova yeni mövsümdə ilk səhnə çıxışı ilə pərəstişkarlarının qarşısına çıxıb.

Milli.Az xəbər verir ki, sənətçinin paytaxtda baş tutan konsert proqramındakı çıxışı maraqla qarşılanıb. Qədimova səhnəyə yaşıl rəngdə diqqətçəkən libasla çıxıb və gecə boyunca görünüşü ilə də tamaşaçıların diqqətini çəkib.

Müğənni repertuarındakı sevilən mahnılarını ifa edərək gecəyə xüsusi ab-hava qatıb. Pərəstişkarları da Xumar Qədimovanın ifalarına qoşularaq onunla birlikdə mahnıları səsləndiriblər.

Sənətçinin yeni mövsümdəki ilk səhnə performansından görüntülər sosial şəbəkələrdə də paylaşılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью