Xumardan duyğulara toxunan sevgi nəğməsi İncimərəm

27.11.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əməkdar artist Xumar Qədimova “İncimərəm” adlı yeni mahnısını və klipini təqdim edib.

Axşam.az xəbər verir ki, hər zaman özünəməxsus ifa tərzi və fərqli musiqi duyumu ilə seçilən sənətçi bu dəfə də dinləyicilərini sevginin ən incə, ən kövrək hisslərinə səyahətə aparıb. “İncimərəm” insanın sevdiyinə duyduğu dərin bağlılığı, səssiz fədakarlığı və incə qəlbinin pıçıltılarını əks etdirən romantik bir nəğmədir.

Mahnının sözləri Əli Vəlioğluna, musiqisi Xumar Qədimovaya məxsusdur. Bəstəyə çəkilən klipin rejissoru Natiq Novruzovdur.

Özünəməxsus sənət üslubu ilə hər ifasına xüsusi ruh qatan Xumar Qədimova “İncimərəm”də sevgini həm melodiyanın, həm də görüntülərin dili ilə duyğulu şəkildə təqdim edib. Sənətçinin yeni nəğməsi sevən ürəklərin dilindən düşməyəcək, ruhlara toxunacaq bir sevgi hekayəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью