Xumardan xəbərdarlıq İnanmayın

09.09.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Əməkdar artist Xumar Qədimovanın adından dələduzluq edilib.

Axşam.az xəbər verir ki, məkanlardan birinin sosial media hesabında müğənninin sentyabrın 11-də həmin yerdə çıxış edəcəyi ilə bağlı anons paylaşılıb.

Bununla bağlı Xumar Qədimovanın sosial şəbəkə hesabında açıqlama yayılıb. Bildirilib ki, sənətçinin sentyabrın 11-də heç bir məkanda çıxışı nəzərdə tutulmayıb.

“Dostlar, diqqət! 11.09.2026 tarixində dəyərli Xumar Qədimovanın heç bir məkanda səhnə çıxışı olmayacaq. Bu tarixlə bağlı bizim tərəfimizdən paylaşılmayan anons və elanlara rast gəlsəniz, inanmayın. Çünki hər anons doğru xəbər, hər vəd isə gerçək proqram demək deyil” deyə, açıqlamada qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью