Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq. 2024-cü ilə oxuduğu hitlərlə damğa vuranlar arasında sənətin incisi Xumar Qədimova birin
Axşam.az xəbər verir ki, Əməkdar artist il boyunca bir neçə mahnı təqdim edib.
Onun bütün ifaları isə yayımlanandan sonra qısa vaxtda trenddə birinci yerə yüksəlib. X.Qədimova bu il yutub trendində bir ilkə imza atıb.
Belə ki, onun eyni zamanda 9 mahnısı trenddə yer alıb. Xumarın möhtəşəm "Ayrılıq" əsəri isə bu il pik nöqtəyə çatıb.
Belə ki, mahnı yutubda günlərlə trenddə birinci yerdə qalıb, 55 milyon izlənmə sayı toplanıb.
Qədimova ilə bağlı daha bir təəccübləndirən məqam isə onun 5 il əvvəl oxuduğu "Daha səni üzməyəcəm" mahnısı olub.
Belə ki, mahnı uzun illər sonra 2024-cü ildə trendə düşüb. 7 milyon izlənən mahnı günlərlə trenddə qalıb.
İlin əvvəlində Ramiz Rövşənin sözlərinə yazılan "Sevdim səni" mahnısını oxuyan müğənni 19 milyondan çox izləyici toplayıb.