Xümsdə Əsəd tərəfdarlarına çağırış: Silahları təhvil verin!

02.01.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Xüms şəhərində Bəşər Əsədin tərəfdarlarını təqib edir.

Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, keçmiş rejimin tərəfdarlarından silahlarını təhvil vermələri və hüquq-mühafizə orqanlarının yoxlanışından keçmələri istənilir.

“Daxili İşlər Nazirliyi, xüsusilə Vadi Zahab və Akrima rayonlarının sakinlərini küçələrə çıxmamağa, evlərində qalmağa, həmçinin ərazinin təmizlənməsi başa çatana qədər təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa çağırır”, - məlumatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью