Icma.az bildirir, Saglamolun portalına istinadən. Xurmanın adı müqəddəs Qurani-Kərimdə çəkilir.
Məhəmməd peyhəmbər (s.ə.s.) orucu xurma ilə açmağı tövsiyə edirdi.
Xurma karbohidratlarla zəngindir və bu səbəbdən bir neçə xurma insanda aclıq hissini xeyli azaldır.
Bunun nəticəsində xurma ilə oruc açan insan həddən artıq yemir və nəticədə öz fiziki və mənəvi sağlamlığına ziyan vurmur.
Mütəxəssislər xurmanın yüksək qidalı və müalicəvi xüsusiyyətlərini qeyd edirlər. Xurma əsl vitamin-mineral kompleksidir.
Xurma B qrupu, C, A vitaminləri, fosfor, kalsium, dəmir, kalium, mis, maqnezium, sink, selin və bir çox digər faydalı minerallarla zəngindir.
Xurma həmçinin aminturşularla zəngindir. Kalium və dəmirlə zəngin olan xurma ürək-damar sistemi üçün olduqca faydalıdır - ürəyin fəaliyyətin
Kardioloqlar ürək xəstəlikləri olan insanlara bu meyvəni gündəlik qidalanmasına daxil etməyi tövsiyə edirlər.