Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xurma C və P vitaminləri, beta-karotin (A vitamini), kalium, maqnezium, yod, sink, mis, dəmir, qidalı liflər, pektinlər, bioflavonoidlər və s.
kimi faydalı maddələrlə zəngindir. Rusiyalı həkim-diyetoloq Lyudmila Denisenkonun sözlərinə görə, xurma insan sağlamlığı üçün ən faydalı mey
Xurma mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır, qaraciyərə müsbət təsir edir, görməni yaxşılaşdırır, dərini cavan saxlayır.
Saglamolun.az kp.ru-ya istinadla xəbər verir ki, rusiyalı diyetoloq xurmanın müalicə etdiyi xəstəlikləri və pozulmaları sadalayıb: 1.
Böyrəklərdə daşlar Maqneziumla zəngin olan xurma orqanizmdən natrium duzlarını xaric etməyə yardım edir, böyrəklərdə daşların əmələ gəlməsi riskini və böyrəklərə düşən gərginliyi azaldır.
2. Xərçəng Xurma ən güclü antioksidant maddəsi olan beta-karotinlə zəngindir. Məhz beta-karotin xurmaya narıncı rəng bəxş edir.
Beta-karotin hüceyrə səviyyəsində orqanizmi qoruyur, xərçəngin riskini azaldır. 3. Ürək xəstəlikləri Ürək üçün ən vacib maddə kaliumdur.