Xusan Ermatov: “Azərbaycanlılar özbək xalqına dərin hörmətlə yanaşır” Yeni Çağ Media | Icm…
Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Şavkat Mirziyoyev və İlham Əliyev arasındakı dostluq əlaqələri yalnız dövlətlər arasında deyil, həm də xalqlar arasında güvən və dostluq münasibətlərini möhkəmləndirir”.
Bunu Yenicag.az-a videomüsahibəsində Özbəkistan İttifaqları Federasiyasının sədr müavini, “Vətən” qəzetinin baş redaktoru, Özbəkistan Dövlət Ali Məclisinin Senatının üzvü Xusan Ermatov deyib.
“Bu ilin noyabr ayında Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişiklikləri Çərçivə Konvensiyasının (COP29) 29-cu sessiyası çərçivəsində, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Bakıdakı konfrans zamanı “Şavkat Mirziyoyev – Fenomen” adlı kitab hədiyyə edilib.
Kitab Özbəkistan Prezidentinin seçilmiş əsərlərindən ibarət bir toplusudur və özbək dilindən Azərbaycan dilinə tərcümə edilib.
Tərcüməçi Akif Azalp həm Özbəkistanda, həm də Azərbaycanda tanınmış şair və tərcüməçi olaraq bu mühüm layihəyə imza atıb”.
Onun sözlərinə görə, kitabın təqdimatı 18 dekabrda Azərbaycan Milli Kitabxanasında keçiriləcək və tədbirdə, Özbəkistan Senatının bir neçə üzvü, Yazıçılar Birliyinin üzvləri, jurnalistlər, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edəcək.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndəsi kimi artıq dördüncü dəfədir ki, Bakıya gələn Xusan Ermatov öz təəssüratlarını da bölüşüb: “Biz bir dəfə Füzuli şəhərinə getdik, ikinci dəfə isə Gəncə şəhərinə səfər etdik.
Tam oxu
Xəbəri oxu