Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
“Mançester Siti” Özbəkistan millisinin müdafiəçisi Abduqodir Xusanovla yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçunun sözləşməsi 2031-ci ilin yayına qədər uzadılıb. Onun əvvəlki müqaviləsi 2029-cu ilin yayında başa çatmalı idi.
Qeyd edək ki, Xusanov 2025-ci ilin yanvarında Fransanın “Lans” klubundan “Mançester Siti”yə transfer olunub. O, bu müddətdə bütün turnirlərdə 47 oyunda meydana çıxıb və 1 qol vurub.
Özbəkistanlı müdafiəçi “şəhərlilər”in heyətində İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb.
Sabiq “Arsenal”lı Almaniya millisində Belçika millisində yeni təyinat Ronaldo millidən gedir? – Tarix açıqlandı "Qalatasaray" meydana çıxır – "Monza" ilə üz-üzə Seneqalda baş məşqçiliyə əsas namizəd: Patrik Viera