Xusanov fevral ayının ən yaxşısı seçildi

06.03.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti"nin futbolçusu Abdukodir Xusanov komandasında fevral ayının ən yaxşısı seçilib. 

QOL.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb. 

İngiltərə klubunun azarkeşlərinin iştirak etdiyi sorğuda 21 yaşlı özbəkistanlı müdafiəçi Erlinq Haalandı və Yoşko Qvardiolu qabaqlayıb. 

Qeyd edək ki, Abdukodir Xusanov "Mançester Siti"yə yanvarda "Lans"dan transfer olunub. O, ötən ay komandasının heyətində 5 matça çıxaraq 1 qol vurub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью