Xüsusi bir futbolçu ilə güclənmək variantı yaransa... Şəfa nın baş məşqçisi

16.07.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Hazırlığa hansı stadionda başlayacağımız hələ dəqiqləşməyib. Hazırda bu istiqamətdə işlər gedir".

Bunu Fanat.Az-a açıqlamasında 1-ci Liqanın debütantı "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.

Gənc mütəxəssis transfer çalışmalarını yekunlaşdırdıqlarını vurğulayıb: "Hazırlığa ya iyulun 21-də, ya da 27-də başlayacağıq. Heyətin formalaşdırılması ilə bağlı işlərimizi bitirmişik. Düzdür, yenə də kimsə heyətə qatıla bilər. Yəni xüsusi bir futbolçu ilə güclənmək variantı yaransa, onu komandaya götürməyimiz mümkündür. Hazırda hər mövqe üçün iki futbolçumuz var".

Qeyd edək ki, "Şəfa" ötən mövsüm 2-ci Liqadakı mübarizəni 71 xalla 2-ci pillədə başa vurub və 1-ci Liqada iştirak hüququ qazanıb.

Nihat 

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью