Xüsusi dərslərdə Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətindən bəhs edilib

28.10.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəbələ, 28 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş xüsusi dərslər keçirilib və Şəhidlər xiyabanı ziyarət olunub.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Mərkəzin istehsalat təlim ustası, Vətən müharibəsi iştirakçısı Vüqar Bağıyev və Gənclərin çağırışaqədərki hərbi hazırlıq rəhbəri Bəxtiyar Qasımov tərəfindən keçirilən dərslər zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız şanlı Qələbənin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun şücaəti və xalqımızın haqq mübarizəsi haqqında geniş məlumat verilib. Vurğulanıb ki, bu müharibə xalqımızın iradəsi və birliyi sayəsində tarixi ədalətin bərpası ilə nəticələnib.

Eyni zamanda, Mərkəzin tələbələri Şəhidlər xiyabanını da ziyarət edib, qəhrəman oğulların məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirəsini dərin ehtiramla anıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью