Xüsusi əməliyyat: iki nəfər saxlanıldı

18.11.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Türkiyə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiya) İstanbul Esenyurt qəsəbə təşkilatının həmsədrləri saxlanılıb.

News24.az TNS-a istinadən xəbər verir ki, onlara qarşı İstanbul Baş Prokurorluğunun qərarı ilə əməliyyat keçirilib.

Nəticədə partiyanın Esenyurt qəsəbə təşkilatının həmsədrləri Abdullah Arınan və Rojda Yılmaz saxlanılıb.

Onların saxlanılma səbəbi hələ açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə ictimai rəyində DEM Partiya terrorçu PKK-nın siyasi qanadı kimi tanınır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью