Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçiləri xüsusi geyim forması ilə təmin ediləcəklər.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin payız sessiyası çərçivəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanının mərkəzi aparatında, penitensiar və tibb xidmətlərində, regional qurumlarında qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçiləri, habelə dövlət icra məmurları ilə yanaşı məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçiləri də xüsusi geyim forması ilə təmin olunacaqlar. Xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Günay Şahmar, Bizim.Media