Xüsusi icra məmurları haqqında tələblər müəyyənləşir

02.07.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Xüsusi icra məmurları haqqında tələblər müəyyənləşir.

Redaktor.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən yeni “Xüsusi icra məmurları haqqında” Qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxs hesab olunacaq.

Həmçinin, xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir, fəaliyyəti peşəkar əsaslarla həyata keçiriləcək.

Bundan başqa, xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilməyəcək. İcra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью