Xüsusi mesaj ötürüldü Seçkidən dərhal sonra dəhşətli müharibə başlayır? | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ hökumətinin İranı İsrailə qarşı növbəti hücuma dair xəbərdar etdiyi ilə bağlı məlumat yayılıb.
Mesajın Vaşinqtondan Tehrana İsveçrə vasitəsilə ötürüldüyü bildirilir.
İddialara görə, Ağ Ev İranın İsrailin son hücumuna cavab verəcəyi təqdirdə, yəhudi dövlətini cilovlaya bilməyəcəyini deyib.
Hətta zərbələrin İraq ərazisindən endiriləcəyi halda belə Təl-Əvivin əks-hücumunun şiddətli olacağı qeyd edilib.
Vaşinqton özünü kənara çəkib, İranı İsraillə tək buraxır? Seçkidən dərhal sonra regionda dəhşətli müharibə başlaya bilərmi?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, hazırkı perspektivdə Tehranla Təl-Əviv arasında tez-tez dilə gətirilən dəhşətli müharibənin yaşanması real görünmür: “Ümumiyyətlə, belə bir müharibə olacaqsa, sadəcə iki ölkənin deyil, onların dəstəkçilərinin, müttəfiqlərinin də qatılacağı qlobal miqyaslı qarşıdurmaya çevriləcək.
Bunun baş verməsini isə nəinki ABŞ, heç İranı dəstəkləyən ölkələr də istəməz. İsrail təkbaşına İranla müharibə edə bilməz.
Tam oxu
Xəbəri oxu