“Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib

07.12.2024

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Səhiyyə Nazirliyinin Kollegiyası "Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı"nda dəyişiklik edib. SİA-nın məlumatına görə, bununla bağlı nazir Teymur Musayev yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıdan 11 dərman vasitəsi çıxarılıb, yerinə 199 dərman vasitəsi əlavə edilib.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью