Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanla münasibətlərinə böyük dəyər verir".
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Batler deyib.
O bildirib ki, əməkdaşlıq artıq konkret nəticələr verir: “Son bir ildə ÜST ölkənin immunizasiya məlumat sisteminin rəqəmsallaşdırılmasına dəstək göstərib. Azərbaycan həmçinin həbsxanalarda vərəmlə mübarizə sahəsində ÜST ilə əməkdaşlıq edən ölkələrdən biridir".
Robb Batler vurğulayıb ki, ÜST-ün Azərbaycanla əməkdaşlığı bugünkü platforma ilə məhdudlaşmır.