Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
“Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib.
Fransanın paytaxtı Parisdə keçirilən “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib.
6–11 iyul tarixlərində keçirilən turnirdə 23 ölkədən 24 komanda – 12 kişi və 12 qadın komandası mübarizə aparır. Yarışlar inklüziv idmanın inkişafına töhfə vermək, bərabər imkanların təşviqi və sosial inteqrasiyanın gücləndirilməsi məqsədi daşıyır.
Ölkəmiz bu mötəbər turnirdə Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” (Unified Football) yığma komandası ilə təmsil olunur. 11 nəfərdən ibarət yığma komandamız B qrupunda Namibiya, Amerika Birləşmiş Ştatları və Qvatemala komandaları ilə mübarizə aparır.
Qabil YUSİFOĞLU
XQ