Icma.az bildirir, Medicina portalına istinadən.
78 yaşlı kişi sadəcə pəhrizini dəyişdirərək sağalmaz xərçəngə qalib gəldiyini iddia edir. O, qırmızı ət və süd məhsullarını gündə 10 pay meyvə və tərəvəzlə əvəz edib.
Medicina.az xəbər verir ki, ötən ilin fevral ayında Allan Taylora bağırsaq xərçəngi diaqnozu qoyuldu.
Sentyabr ayında bağırsağının bir hissəsini çıxarmaq üçün əməliyyat edildi və üç aylıq kimyaterapiya kursuna başladı. Lakin, bu ilin aprel ayında Allan şişin nazik bağırsağına yayıldığını öyrəndi. Həkimi ona sonrakı müalicənin mənasız olduğunu - işlərini yoluna qoymalı olduğunu söylədi.
Lakin Allan bu xəstəliyə görə həyatını itirmək niyyətində deyildi. Bağırsaq xərçəngi ilə mübarizə aparmaq üçün yeni, qeyri-ənənəvi yollar tapmaq üçün internetə baş vurdu. Tezliklə o, pəhrizini kökündən dəyişdirdi, qırmızı ət və süd məhsullarından imtina edərək gündə 10 meyvə və tərəvəz yedi. O, vəziyyətinin sürətlə yaxşılaşdığını hiss etdi.
Allanın yeni pəhrizinə bitki ekstraktları, köri ədviyyatı, ərik toxumu və selenium tabletləri daxil idi. Avqustun əvvəlində həkimləri heyrətləndirən başqa bir müayinədən keçdi. Müayinə xərçəngin yoxa çıxdığını və n artıq mövcud olmadığını göstərdi. Beləliklə, ölümcül xəstə cəmi bir neçə ay ərzində tamamilə sağlam oldu.
"Mən sadəcə internetdə xərçəng müalicəsi axtardım. Tapdığım məlumatları sağlam qida mağazamızdakı satıcıların məsləhətləri ilə birləşdirdim.
Düşünürəm ki, pəhrizimin əsas tərkib hissəsi hər gün səhər və axşam içdiyim arpa suyu idi. Şübhəsiz ki, pəhriz həyatımı xilas etdi. Bu müalicə mənə həftədə cəmi 30 funt sterlinqə başa gəldi."
Aygün Musayeva