Xüsusi səfir təyin edildi

15.10.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Rayli Barns "X" sosial şəbəkəsində yazıb.

Məlumata görə, Tornhill bu vəzifədə insan alverinin qarşısının alınması, zərərçəkənlərin müdafiəsi və təqsirkarların məsuliyyətə cəlb olunması istiqamətində beynəlxalq səyləri əlaqələndirəcək.

Onun vəzifələrinə, həmçinin digər ölkələrin bu sahədəki siyasətinin qiymətləndirilməsi, xarici tərəfdaşlar və müvafiq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi daxil olacaq.

Qeyd edək ki, Tornhillin namizədliyi mayın 11-də Senatın müzakirəsinə təqdim edilib. İyunun 25-də o, Senatın Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью