Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı

03.12.2025

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

2025-ci ilin noyabr ayına olan statistikaya görə, xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 150 min 292 nəfər olub.
Demokrat.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, onların 113 min 543 nəfəri yaşa görə pensiya alanlar sırasındadır.
Hesabat dövründə xüsusi şərtlərlə əmək pensiyası alanların 14 min 173 nəfəri əlil, 22 min 576 nəfəri isə ailə başçısını itirənlər olub.
Qeyd edək ki, xüsusi şərtlərlə əmək pensiyası fiziki, psixoloji və ya sağlamlıq baxımından daha ağır şərtlərdə çalışan şəxslərin maraqlarını qorumaq üçün tətbiq edilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью