Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

05.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 oktyabr, AZƏRTAC

Beynəlxalq Müəllimlər Günü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbirləri keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Beynəlxalq Müəllimlər Gününün yaranma tarixi və Ulu Öndərin müvafiq Sərəncamına əsasən hər il ölkəmizdə bayram kimi qeyd edilməsi barədə tədbir iştirakçılarına məlumat veriblər.

Bildirilib ki, cəmiyyətin intellektual inkişafında müəllimlərin mövqeyi danılmazdır, məhz buna görə də xalqımız əsrlər boyu bu peşə sahiblərinə xüsusi ehtiram göstərib. Ölkəmizdə müəllimlər daim dövlət qayğısı ilə əhatə olunublar.

Sonda təhsilin inkişafında fərqlənən bir qrup müəllim heyəti təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью