Xüsusi təyinatlıların təlimi başa çatdı Fotolar

31.07.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən “Zülfüqar - 2026” birgə taktiki təlimi başa çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah da qatılıb.

Birgə taktiki təlimin əsas məqsədi iştirakçı ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, peşəkar bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью