Xüsusi və dövlət mülkiyyətdə olan torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

05.11.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xüsusi və dövlət mülkiyyətdə olan torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq.

APA-nın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin Mülki Məcəllənin 155.5-ci maddəsinə uyğun olaraq, bazar dəyəri bərabər müəyyən edilmiş dövlət mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələri ilə qarşılıqlı razılıq əsasında dəyişdirilməsi çərçivəsində təqdim edilən əmlakların dəyərinin mənfəət və gəlir vergisindən azad edilməsi təklif olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью