Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, təcili yardım maşınları avtobus zolaqlarına daxil ola bilər.
V.Qurbanov içərisində xəstə olduğu halda təcili yardım maşınlarının səsgücləndirici və işıqlardan istifadə etməsinin də qanuni olduğunu bildirib.
Maraqlıdır, yollarda vəziyyət necədir? Operativ nəqliyyat vasitələrinə digər hərəkət iştirakçıları yol verirmi?
Onlar üçün xüsusi zolağın ayrılmasına ehtiyac varmı?Nəqliyyat eksperti Yasin Mustafayev məsələyə münasibət bildirib.
O, Demokrat.az-a açıqlamasında deyib ki, avtobus zolaqlarından operativ nəqliyyat vasitələri də istifadə edə bilər:“Operativ nəqliyyat vasitələrinə təcili yardım, yanğın söndürən, polis avtomobilləri və digərləri aiddir.
Üzərində sayrışan böyük qırmızı işıqları olan nəqliyyat vasitələri olan avtomobillər avtobus zolaqlarından istifadə edə bilər.
Bu, qanunda nəzərdə tutulub. Orada səs siqnalları ilə sayrışan işıqların birlikdə aktiv olması nəzərdə tutulub.