“Xüsusilə qadınlar iştirak etsinlər”

26.11.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Bələdiyyə seçkilərində namizədlərin sayının çox olması narahatlıq yaratmır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, namizədliyi qanunla qadağan edilməyən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər: “Xüsusilə qadınlar da bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər. Namizədliyə iddialı şəxslər imzaları dairənin hüdudları daxilində toplamalıdırlar.

Bu, yerinə yetirilibsə, toplanan imzalarla əlaqədar Dairə Seçki Komissiyasının (DSK) digər məsələlərə münasibət bildirmək hüququ yoxdur”.

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью