“Xutor”dakı tuneldə avtomobil aşdı Video

10.06.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün paytaxtın Ziya Bünyadov prospektində “Xutor” adlanan ərazidə ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili tuneldə qəza törədərək aşıb.

Hadisə zamanı ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью