Xvalkonun Qarabağ la oyunda meydana çıxmamağının səbəbi bilindi

16.03.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Kəpəz"in kapitanıl Yeqor Xvalkonun "Qarabağ"la matçda ehtiyat oyunçular skamyasında qalmasının səbəbi müəyyənləşib. Bu barədə Sport24.az-a kluba yaxın mənbədən məlumat daxil olub.

Mənbəmizin sözlərinə görə, Azər Bağırov Premyer Liqanın XXVIII turunda qarşılaşacaqları "Səbail" ilə oyunu göz önünə alıb belaruslu legioneri meydana buraxmayıb. Xvalkonun passivində 3 sarı vərəqə olduğundan baş məşqçi onu qorumağı lazım bilib. 

Qeyd edək ki, "Kəpəz" - "Səbail" qarşılaşması martın 30-da baş tutacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью