Milli.az saytına istinadən Icma.az xəbər verir. "Nizami" Kino Mərkəzində Mədəniyyət Nazirliyinin və Azərbaycan Kino Agentliyinin dəstəyi ilə
Bu il festival 5-9 yanvar tarixlərində "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025" çərçivəsinə daxil olan Baku Cinema Breeze 2025 b
"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025" 5-12 oktyabr tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT), Heydər Əliyev Fondunun v
Tədbirdə çıxış edən direktor müavini Saadat Yusufova, Baku International Film Festivalın direktoru Fehruz Şamiev, münsiflər heyətinin üzvlər
Festival filmlərinə giriş sərbəstdir. Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən Festivalda dörd müsabiqə proqramı var.
Hər müsabiqənin filmləri ayrı-ayrı münsiflər heyəti tərəfindən qiymətləndirilir.Bu il Beynəlxalq debut tammetrajlı bədii film müsabiqəsində yarışan 10 filmi tanınmış kino tənqidçisi, ssenarist Nadir Bədəlov, filmləri nüfuzlu festivallarda mükafat qazanan iranlı kinorejissor, ssenarist Niki Kərimi, Avropa Kino Akademiyasının "Ən yaxşı prodüser" mükafatına layiq görülən Zeynəb Atakan, Varşava Beynəlxalq Film Festivalının baş proqramçısı, belaruslu kino mütəxəssis İqor Soukman qiymətləndirəcək.Festivalın Yerli müsabiqəsində 16 qısametrajlı bədii, sənədli, ayrıca nominasiya üzrə isə 5 tələbə filmi yarışır.
Ümumilikdə 21 ekran əsəri arasından ən yaxşıları müəyyənləşdirəcək münsiflər heyətində filmləri Serbiya, Rusiya, Polşada keçirilən festivallarda mükafatlar qazanan rejissor, prodüser Fariz Əhmədov, xaricdə Azərbaycan dilində çəkilmiş filmlərin təbliğ olunması ilə bağlı müxtəlif layihələr həyata keçirən iranlı rejissor, prodüser Rza Siami, dövri mətbuatda kino, televiziya, mədəniyyət sahəsinə aid publisistik və analitik yazılarla çıxış edən Kinotənqidçilər Gildiyasının üzvü Sevda Sultanova, Azərbaycan tənqidçiliyində rezonansa səbəb olan məqalələr müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova təmsil olunur.
Türkiyənin TRT telekanalının kino şöbəsinin müdiri, prodüser Faruk Güvən, sənədli filmləri beynəlxalq festivallarda mükafatlara layiq görülmüş rejissor Rüfət Əsədov, Yeni Zelandiyalı tənqidçi və film proqramçısı Karmen Qrey isə Beynəlxalq qısametrajlı film müsabiqəsində yarışan filmlər arasından nominasiyalar üzrə qalibləri müəyyənləşdirəcəklər.