Xviça Çempionlar Liqasında tarixi rekorda imza atıb

07.05.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

PSJ-nin oyunçusu Xviça Kvaratsxeliya adını Çempionlar Liqası tarixinə yazdırıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, cinah hücumçusu turnir tarixində tək bir Çempionlar Liqası mövsümündə ardıcıl yeddi pley-off matçında məhsuldarlığı ilə fərqlənən ilk oyunçu olub.

Kvaratsxeliya bu yeni nailiyyəti Münhendə "Bavariya"ya qarşı yarımfinalın cavab oyununda əldə edib. Oyunun ilk dəqiqələrində gürcü oyunçu hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə edib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью