Xviça Kvaratsxeliya İngilis klublarının təklifini geri çevirib

25.10.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən ilin yanvarında gürcü futbolçu Xviça Kvaratsxeliya "Liverpul"a keçməyə yaxın olub. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabriso Romano sosial şəbəkə hesabında paylaşım edib.

Lakin son anda hücumçu fikirini dəyişərək "Napoli"dən PSJ-yə üz tutub. Mənbənin sözlərinə əsasən, həmin vaxt "Çelsi" də oyunçuya maraq göstərmişdi, lakin Kvaratsxeliya Paris təmsilçisinin formasını geyinməyə üstünlük verib.

Qeyd edək ki, gürcü futbolçu Paris klubunda çıxış etdiyi dönəmdə doqquz kubok qazanıb. Bunlara iki UEFA Çempionlar Liqası titulu, iki Fransa çempionluğu, bir UEFA Superkuboku və bir Qitələrarası Kubok daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью