Xviça Kvaratsxeliya Napolini tərk edə bilər

15.11.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya hazırda formasını geyindiyi İtaliyanın "Napoli" klubunu tərk edə bilər.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İspaniya təmsilçisi "Barselona" ona ciddi maraq göstərir.

Kataloniya klubunun nümayəndələrinin 23 yaşlı yarımmüdafiəçi ilə əlaqə saxladığı və onun mümkün transferini müzakirə etdikləri bildirilib.

Qeyd edək ki, X.Kvaratsxeliya 2024/2025 mövsümündə "Napoli"nin heyətində bütün turnirlərdə 12 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

"Transfermarkt"ın məlumatına görə, gürcüstanlı futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью