Xviça Kvaratsxeliya PSJ dəki qol hesabını açıb

08.02.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın "Napoli" klubundan transfer olunan gürcüstanlı hücumçu Xviça Kvaratsxeliya PSJ-də qol hesabını açıb.

Oxu.Az xəbər verir ki, o, PSJ-nin "Monako"nu 4:1 hesabı ilə məğlub etdiyi görüşün 54-cü dəqiqəsində fərqlənib.

Usman Dembelenin dubl etdiyi qarşılaşmada ilk qolu isə Vitinya vurub.

Qeyd edək ki, Xviça Kvaratsxeliya oyunun 67-ci dəqiqəsində Qonsalo Ramosla əvəz olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью