Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xviça Kvaratsxeliya qeyri-müəyyən müddətə sıradan çıxıb. O, Çempionlar Liqasının (ÇL) PSJ – “Nyukasl” matçında ağır zədə alıb.
"Football-plus.az" xəbər verir ki, İlk hissənin ortalarında meydanın mərkəzində qonaqların hücumçusu Entoni Elanqa təhlükəli şəkildə topa müdaxilə edərək gürcü futbolçunun topuğunu sıxıb. İsveçli futbolçu bu kobudluğa görə yalnız sarı vərəqə ilə cəzalandırılıb.
Kvaratsxeliya tibbi heyətin və bu mövsüm “Bavariya”ya qarşı oyunda özü də ciddi zədə alan Əşrəf Hakiminin müşayiəti ilə meydanı tərk edib. Matçdan sonra keçirilən mətbuat konfransında PSJ-nin baş məşqçisi Luis Enrike Xviçanın zədəsinin ciddi olduğunu söyləyib. Amma ispaniyalı mütəxəssis yalnız tibbi müəyinədən sonra futbolçunun yekun durumu barədə məlumat verə biləcəklərini də deyib.
Xatırladaq ki, PSJ və ya “Nyukasl” ÇL-in pley-off mərhələsində “Qarabağ”ın rəqibi olacaq. Bu mərhələnin püşkü bu gün atılacaq.