XVII əsr təbibi Mir Məhəmməd Hüseyni Möminin kitabı Azərbaycan dilində nəşr olunub

18.03.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin böyük elmi işçisi Kəlamə Abbasovanın fars dilindən tərcümə etdiyi “Möminlərin töhfəsi” (“Töhfətül-möminin”) kitabının üçüncü cildi işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu əsər Şah Süleyman Səfəvinin sarayında həkimbaşı vəzifəsində çalışmış XVII əsrin tanınmış təbiblərindən olan Mir Məhəmməd Hüseyni Möminin qədim və orta əsr əczaçı, bitkişünas və təbiblərinin əsərlərinə istinad etməklə yazdığı kitabın Azərbaycan dilinə tərcüməsidir. Kitabdan klassik Şərq təbabəti ilə maraqlanan mütəxəssislər və geniş oxucu kütləsi faydalana bilər.

Yeni nəşrin elmi redaktoru dosent Əkrəm Bağırov, kitabda yer alan “Ön söz”ün, qeyd və şərhlərin müəllifi Kəlamə Abbasovadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью