XVII tura start verilib

11.03.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

"DH Volley" kollektivi UNEC-i 3:0 (25:13, 25:15, 25:18), "Milli Aviasiya Akademiyası" isə "Gəncə"ni 3:2 (23:25, 25:19, 20:25, 25:17, 15:13) hesabı ilə üstələyib.

Oyunlar müvafiq olaraq UNEC-in və "Milli Aviasiya Akademiyası"nın idman zalında təşkil olunub.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında XVII tura martın 12-də yekun vurulacaq.

UNEC-dən inamlı qələbə Bakıda voleybol üzrə I və II dərəcəli məşqçi kursları keçiriləcək Qadın voleybolçular arasında Yüksək Liqada XV tur start götürür Yüksək Liqada XV tura start verilib Millimizin Avropa Çempionatındakı rəqibləri bəlli olub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью