Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hər bir orqan və toxuma öz funksiyasını yerinə yetirməsi üçün qan və oksigenlə təmin olunmalıdır.
Orqanizmdə orqanların qan təchizatını ürək yığılma və genişlənmə funksiyası ilə yerinə yetirir.
Ürək çatışmazlığı isə ürəyin yığılma və genişlənmə funksiyasında olan qüsurlar səbəbindən orqan və toxumalara yetərincə qan göndərə bilməməsi durumudur.Ürək çatışmazlığının əsas səbəbi ürək-damar xəstəliyi keçirilmiş infarkt və yaxud da yüksək təzyiq kimi xəstəliklərin olmasıdır.
Moderator.az ürək çatışmazlığına səbəb ola biləcək digər xəstəliklər və onlardan sağalma yollarından bəhs edəcək: 1)Ürək qapağı və ürək əzələsi xəstəlikləri; 2) Anadangəlmə ürək xəstəlikləri; 3) Şəkərli diabet xəstəliyi; 4) Xroniki böyrək çatışmazlığı.
Ürək çatışmazlığının əlamətləri aşağıdakılardır: Ürəyin bədənə yetərincə qan ötürə bilməməsi nəticəsində ağciyərlər və bədənin müxtəlif yerlərində maye toplanmağa başlayır və bu hal müxtəlif əlamətlərə səbəb olur.
Açıq görülə bilən əlamətlər bunlardır: nəfəs darlığı; yorğunluq; ödəm; tez çəki alma; öskürək Bununla yanaşı iştahasızlıq, gecələr tez-tez sidiyə getmə, ürəyin tez-yez döyünməsi kimi əlavə əlamətləri ola bilər.
Bir xəstədə bu əlamətlərin biri, və ya bir neçəsi olur. Əgər xəstə lazımi müalicəni alırsa, yuxarıdakı əlamətlərdən heç birinə rast gəlinməy