XXI əsrin ən yaxşı yarımmüdafiəçiləri açıqlanıb

06.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

XXI əsrdə dünya futbolunun ən yaxşı yarımmüdafiəçiləri müəyyənləşib.

"Report"un məlumatına görə, siyahını Böyük Britaniyanın nüfuzlu "GiveMeSport" nəşri tərtib edib.

İlk pillədə İspaniya yığması ilə iki dəfə Avropa, bir dəfə dünya çempionu olmuş "Barselona"nın sabiq oyunçusu Xavi Ernandes qərarlaşıb.

Xorvatiya millisinin və İspaniya təmsilçisi "Real"ın üzvü Luka Modriç ikinci, karyerasını bitirmiş digər ispaniyalı Andres İnyesta üçüncü sırada göstərilib.

Növbəti mövqelərdə Toni Kroos, Kevin De Bruyne, Bastian Şvaynştayger, Frenk Lempard, Stiven Cerrard, NQolo Kante və Anrea Pirlo yer alıblar.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью