XXI əsrin Fransa müstəmləkəçiliyi RAKURS | Icma.az
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Fransa neokolonial siyasət yürüdən ölkələrin başında dayanır.
Paris müstəmləkə dövləti olmaqdan zərrə qədər də çəkinmir, dünyada bu ölkəyə qarşı son vaxtlar başlayan etirazları qulaqardına vurmağı bacarır.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa o biri dövlətlərə nümunə olmaq, müstəmləkələrə qarşı çoxdan başlanan proseslərin önündə getmək əvəzinə bu siyasəti başqa forma və üsulda tətbiq etməklə presedent yaranacağından da çəkinmir.
Fransanın müstəmləkəsi sayılan Yeni Kaledoniya, Fransız Polineziyası və Martinikdə milli müstəqillik hərəkatları müqavimət göstərir və BMT-nin 14 və 15 nömrəli qətnamələrinin həyata keçirilməsini, yəni birbaşa beynəlxalq hüququn tələbinin yerinə yetirilməsini tələb edirlər.
Fransa nəinki bu qətnamələrə əməl edir, hətta Afrikada artıq öz müstəqilliyini əldə edən ölkələrdə də öz neokolonial siyasətini yürütməyə davam edir.
Bu siyasətini də çox şiddətli şəkildə tətbiq etməyə davam edəcəyi görünür.2024-cü il oktyabrın 15-də Fransa ərazisində panafrikan siyasi fəal Kemi Seba hüquq-mühafizə orqanları tərəfindən əsassız və qanunsuz şəkildə həbs edildi.
Kemi Seba bir müddət əvvəl Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilən beynəlxalq konfransda iştirak etmişdi.
Tam oxu
Xəbəri oxu