XXV Qış Olimpiya medallarının təqdimatı olub

15.07.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ildə İtaliyada keçiriləcək XXV Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarının təqdimatı keçirilib.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsindən açıqlama yayılıb.

Milan və Kortina-d Ampetsonun ev sahibliyi edəcək turnirin medalları Venesiyad keçirilən rəsmi mərasimdə nümayş edilib. "Istituto Poligrafico e Zecca dello Stato" (IPZS) tərəfindən hazırlanmış medal iki hissədən ibarətdir. Bir hissədə bu yolda dəstək olanlar hamısı - tədbir təşkilatçıları, könüllülər, texniki işçilər, sənətkarlar və digər tərəfində isə Milan və Kortina şəhərlərinin özündə əks etdirir.

Qeyd edək ki, Qış Olimpiya və Paraimpiya Oyunları gələn il fevralın 6-22-də təşkil olunacaq. Yarışda 116 dəst medal öz sahibini tapacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью