Ya 3 qol buraxmalı idi, ya da ailəsi öləcəkdi

16.09.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Boliviya çempionatında "Quabira" və "Olveys Redi" komandaları arasında keçirilən matçdan (0:6) sonra dünya futbolunu sarsıdan şok faktın üstü açılıb.

Fanat.Az xəbər verir ki, "Quabira"nın qapıçısı Manuel Ferrel qarşılaşmadan əvvəl cinayətkar qruplaşmalar tərəfindən ölüm təhdidi alıb. Təhdid edən şəxslər qapıçıya müəyyən məbləğdə pul ödəməyəcəyi və ya qapısında azı 3 qol görməyəcəyi təqdirdə, həyat yoldaşı və anasını öldürəcəklərini bildiriblər. Ailəsinin can təhlükəsizliyindən qorxan Ferrel məcburən ilk 35 dəqiqədə qapısından 3 qol buraxıb və psixoloji gərginliyə dözməyərək 39-cu dəqiqədə əvəzlənməsini xahiş edib.

Matçdan sonra keçirilən mətbuat konfransında "Quabira"nın baş məşqçisi Leonardo Eqes göz yaşlarını saxlaya bilməyərək hadisəni təfərrüatı ilə mətbuata açıqlayıb:

"Futbol artıq ləkələndi. Bu gün mənim qapıçımı həyat yoldaşı və anasını öldürməklə hədələyiblər. Ondan pul və ya ən azı 3 qol buraxmasını tələb ediblər. Hüquq-mühafizə orqanları və futbol rəsmiləri təcili addım atmalı, bu cinayəti törədənlər ən ağır şəkildə cəzalandırılmalıdır."

Baş verən dəhşətli hadisə ilə bağlı Boliviya Futbol Federasiyası və polis araşdırmalara başlayıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью