Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Formula-1”in sabiq baş direktoru Berni Ekklstoun çempionatın lideri Kimi Antonelliyə kimin rəqib ola biləcəyi ilə bağlı fikrini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, 95 yaşlı ingilisin sözlərinə görə, titul uğrunda mübarizə onunla “Red Bull”un pilotu Maks Ferstappen arasında gedəcək:
“Bu ilin çempionu ya Antonelli, ya da Ferstappen olacaq! “Red Bull” böhranını aradan qaldırmış kimi görünür. Maksın ruhu qayıdıb və bu baş verəndə o, rəqibləri üçün həqiqətən təhlükəli hala gəlir”.
Ferstappen hazırda pilotların sıralamasında 26 xalla 7-ci yerdədi. Antonelli isə 100 xalla liderdi.