Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Yürgen Kloppun məşqçilik karyerasını bərpa etmək ehtimalı ilə bağlı növbəti xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un və Dortmund “Borussiya”sının sabiq baş məşqçisi haqda insayder Fabritsio Romano UOL media qurumuna istinadən məlumat yayıb. Məlumatda almaniyalı mütəxəssisə yaxın mənbələr onun “Red Bull”da futbol bölməsinin rəhbəri vəzifəsində çalışmaqdan yorulduğunu qeyd edirlər.
57 yaşlı mütəxəssis yalnız “Real” və ya Braziliya yığmasından təklif gələcəyi halda məşqçilik karyerasını bərpa edə bilər.
Kloppun sonuncu komandası 2015-ci ildən ötən ilin yayınadək çalışdırdığı “Liverpul” olub.